Moskva polisi “Müharibəyə yox” deyən uşaqlara DƏHŞƏT YAŞATDI – FOTO/VİDEO + ÖZƏLbackend

Moskva polisi “Müharibəyə yox” deyən uşaqlara DƏHŞƏT YAŞATDI - FOTO/VİDEO + ÖZƏL

Moskvadan ürək ağrıdan kadrlar yayılıb.

KONKRET.az xəbər verir ki, dünən, martın 1-də Moskvada polis Ukrayna səfirliyinə gül qoymağa gələn 7-11 yaşlı iki qadını və beş uşağı saxlayıb. Bu barədə RANEPA Sosial Elmlər İnstitutunun Müasir Humanitar Tədqiqatlar Məktəbinin baş elmi işçisi Aleksandra Arxipova Facebook-da paylaşıb.

Valideynlər və uşaqlar əvvəlcə polis maşınında saxlanılıb, sonra isə Presnenski rayonunda polis şöbəsinə gətirilib. “Telefonlar valideynlərin əlindən alınıb, artıq əlaqə yoxdur, valideynlər qışqırır, onları valideynlik hüquqlarından məhrum etməklə hədələyirlər”, – deyə Arxipova yazıb.
Vəkil ora gələndən sonra valideynlər və uşaqlar şöbədən buraxılıb. Məlum olub ki, onların hamısının (uşaqlar da daxil olmaqla) gecə üçün polis şöbəsində qalmasına qərar verilib. İndi onları məhkəmə gözləyir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*