Moskvada hava limanında qadın geyimində bir kişi tutuldu – VİDEObackend

Moskvada hava limanında qadın geyimində bir kişi tutuldu - VİDEO

Krasnodar-Moskva reysi ilə gələn sərnişinlərdən biri Moskvada hava limanında sərhədçilərin diqqətini çəkib.

KONKRET.az xəbər verir ki, qadın geyimində olan sərnişinin əlində çanta, qulağında uzun sırğaları olub. Lakin Tacikistan Respublikasının pasportundakı fotoşəkildə müfəttişlər 1994-cü il təvəllüdlü bir gənci görüblər.

Axbor nəşrinin yazdığına görə, müfəttiş sərnişinə pasportda çəkilən şəxsə oxşamadığını söyləyib. O isə şəkilin ona aid olduğunu sübut etməyə çalışıb. Sonra müfəttiş təklif edib ki, anası ilə danışsınlar və pasportdakı fotonun kimə məxsus olduğu bilinsin.

Qadın bu təklifi rədd edərək, anasının yalan danışa biləcəyini anlayıb və deyib ki, onun barmaq izləri yoxlanılsın. Lakin bu təklif qəbul edilməyib: “Barmaq izləri başqa yerdə alınır”.

Video burada bitir. Vəziyyət necə başa çatıb, bilinmir.

Babək Göyüş

KONKRET.az

 

Посмотреть эту публикацию в Instagram

 

МУЖЧИНУ В ЖЕНСКОЙ ОДЕЖДЕ ЗАДЕРЖАЛИ В МОСКОВСКОМ АЭРОПОРТУ

Публикация от Mirzo Salimpur (@mirzosalimpur)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*