Moskvada Lavrovla Ayvazyanın Qarabağ müzakirəsi – DETALLARbackend

Moskvada Lavrovla Ayvazyanın Qarabağ müzakirəsi - DETALLAR

Dünən Moskvada Rusiya və Ermənistan Xarici İşlər nazirləri arasında danışıqlar baş tutub.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Ermənistan Xarici İşlər naziri Ara Ayvazyanın qısa işgüzar səfəri zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmalarının həyata keçirilməsinin bütün aspektləri barədə hərtərəfli müzakirə aparılıb.

“Əsas diqqət hərbi əsirlərin mübadiləsi, humanitar yardım, regionda nəqliyyat əlaqələrinin bərpa edilməsi, habelə baş nazir müavinləri səviyyəsində üçtərəfli işçi qrupu vasitəsilə səylər kontekstində məsələlərini müzakirəsinə ayrılıb”, – deyə məlumatda bildirilib.

Görüş zamanı Cənubi Qafqazdakı vəziyyət nəzərə alınmaqla regional və beynəlxalq gündəmin aktual məsələləri müzakirə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*