Moskvada məmur övladları qəzaya düşdübackend

Moskvada məmur övladları qəzaya düşdü

Moskvada məmurların və iş adamlarının övladlarının olduğu BMV markalı avtomobil qəzaya uğrayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın “Baza” teleqram kanalı məlumat yayıb.

Bildirilir ki, BMV markalı avtomobil bu gün səhər saatlarında Petrovo-Dalneye kəndi yaxınlığında aşıb.

Yaralılar Rusiya İstintaq Komitəsi sədrinin birinci müavini Eduard Kaburneyevin oğlu Lavr Kaburneyev, Uzaq Şərqin inkişafı naziri Aleksey Çekunkovun qızı Alina Çekunkova, Baş Prokurorluğun Kadrlar Baş İdarəsinin rəisi Valeri Voinovun qızı Daria Voinova, “Doctor Martin” klinika şəbəkəsinin yaradıcısı Martiros Sərkisyanın oğlu Andrey Sərkisyan və özbək əsilli oliqarx İsgəndər Mahmudovun qızı Anastasiya Mahmudovadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*