Moskvada partlayış: Sərkisyan yaralandı – Videobackend

Moskvada partlayış: Sərkisyan yaralandı - Video

Moskvanın şimal-qərbindəki 29 mərtəbəli yaşayış kompleksində partlayış baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata görə, partlayıcı qurğunun işə düşməsi nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

***

Moskvada “Alıye Parusa” elit yaşayış kompleksində partlayış nəticəsində ölən şəxsin Ukraynada döyüşən “Arbat” (erməni batalyonu – red.) batalyonunun yaradıcısı, “dxr”in “boks federasiyası”nın prezidenti Armen Naqapetoviş Sərkisyanın mühafizəçisi olduğu bildirilib. Armen Sərkisyan isə ağır yaralanıb.

Bu barədə TASS operativ xidmətlərə istinadla məlumat yayıb.

“Sərkisyan ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onun mühafizəçisi ölüb”, – məlumatda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*