Moskvadakı Ukrayna səfirliyinin binasından bayraq endirilib, bina möhürlənib.
KONKRET.az xəbər verir ki, Ukraynanın bayrağı Moskvanın mərkəzində, Leontyevski küçəsində yerləşən Ukrayna konsulluğu və səfirliyinin binasında bayraq endirilib.
Səfirliyin binasından Ukrayna bayrağı çıxarılıb. Girişdəki hasardan əvvəllər orada asılmış bu obyektlərin Ukraynanın diplomatik nümayəndəliyinə xidmət etdiyini bildirən lövhə də sökülüb, bina möhürlənib.
Xuraman Etibarlı,
KONKRET.az
