“Mossad”ın direktoru Misirə səfər edəcəkbackend

“Mossad”ın direktoru Misirə səfər edəcək

İsrailin “Mossad” kəşfiyyat xidmətinin direktoru David Barnea HƏMAS-ın əlində olan girovların azad edilməsi ilə bağlı danışıqlar aparmaq üçün Misirə gedən nümayəndə heyətinə başçılıq edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə İsrailin “Yediot Ahronot” informasiya portalı məlumat yayıb.

Danışıqlarda ABŞ və Qətər nümayəndə heyətləri də iştirak edəcək.

Qeyd edək ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns və “Mossad” rəhbərinin Misir və Qətərin yüksək vəzifəli şəxsləri ilə görüşü gözlənilir. Nəşrin məlumatına görə, müzakirələrin məqsədi Yaxın Şərqdə müharibənin dayandırılması və girovların azad edilməsinə dair saziş üzrə danışıqları bərpa etməkdir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*