Mossad XƏBƏRDARLIQ ETDİ: “Hansı ölkədən İsrailə hücum olarsa, biz yalnız İranı vuracağıq”backend

Mossad XƏBƏRDARLIQ ETDİ: "Hansı ölkədən İsrailə hücum olarsa, biz yalnız İranı vuracağıq"

Mossadın rəhbəri David Barnea İrana xəbərdarlıq edib. 

KONKRET.az xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb. Məlumatda bildirilir ki, İsrail İranla nüvə sazişinin yenilənməsi “xəyanətində” iştirak etməyəcək və yeni saziş Tehranı kəşfiyyat agentliyinin əməliyyatlarından qorumayacaq.

“Müqavilə İranın yalanlarına əsaslanır. İran İsrailin varlığını təhlükəyə atan nüvə silahı yaratmağa çalışıb. Razılaşma onlara beynəlxalq qanuniləşdirmə ilə bu məqsədə asanlıqla çatmağa kömək edəcək”, – deyə Barnea vurğulayıb.

Onun sözlərinə görə, sövdələşmə imzalansa belə, Mossadın əməliyyatlarından İran “immunitet təmin etməyəcək”.

“Biz bu “teatr”da iştirak etməyəcəyik. Sübut edilmiş həqiqətə gözümüzü yummayacağıq. İran rejiminin toxunulmazlığı olmayacaq.

İran rəhbərliyi başa düşməlidir ki, İsrailə və ya israillilərə qarşı birbaşa və ya dolayı yolla edilən hücumlar İran ərazisində cinayətkarlara qarşı ağrılı cavabla qarşılanacaq.

Tehran Respublikasının nəzarəti altında olan qüvvələr başqa ölkələrdə İsrailə hücum edərsə, biz yalnız İranı vuracağıq.

Biz onun silahlılarını yox, onları silahlandırıb, əmr verənləri təqib edəcəyik və bu, İranda da olacaq.

Biz Xameneiyə terrorun onun üçün ağır fəsadlar verəcəyini başa salacağıq”,- deyə o xəbərdarlıq edib.

Qeyd edək ki, Barnea 2021-ci ilin iyununda kəşfiyyat agentliyinin rəhbəri olduqdan sonra ilk dəfə ictimaiyyət qarşısında bu barədə danışıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*