“Mövcud vəziyyət yeni fəlakətli hadisənin başlanğıcından xəbər verir” – Danielyanbackend

"Mövcud vəziyyət yeni fəlakətli hadisənin başlanğıcından xəbər verir" - Danielyan

“Ermənistanı yeni ciddi hadisələr gözləyir”.

KONKRET.az xəbər verir ki, bunu mayın 22-də “Ermənistan” blokunun deputatı Qarnik Danielyan deyib.

O bildirib ki, mövcud vəziyyət yeni fəlakətli hadisənin başlanğıcından xəbər verir.

Onun sözlərinə görə, indiki hakimiyyətin siyasəti nəticəsində Ermənistan yeni, daha ciddi güzəştlər və çağırışlarla üzləşir.

“Bizə müxtəlif söz-söhbətlər çatır ki, uzun müddətdir danışılan hər şey sənəd imzalanmaqla həyata keçiriləcək.

İkinci təslim aktı imzalanacaq ki, bu da bizim üzərimizə ağır yük olacaq.

Hakimiyyət dövlətimizi son çöküşə gətirmək üçün hər şeyi edəcək. Ölən əsgərin anası Qayane Akopyanı həbs edilməsi buna sübutdur”, – deyə Danielyan qeyd edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*