backend

MSK daha bir məntəqədə seçkinin nəticələrini ləğv etdi

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar  120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsi ilə bağlı qeydiyyata alınmış namizəd Şaiq Piriyevin müraciətinə baxılıb.

KONKRET.az-ın məlumatına görə, məsələ barədə MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib.

B. Əsgərov bildirib ki, MSK-nın apardığı araşdırma zamanı 36 saylı seçki məntəqəsində seçkinin nəticələrinin seçicilərin iradəsini ifadə etmədiyi üzə çıxıb.

MSK 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsi üzrə 36 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*