MSK sədri əsgərlərin hamısının eyni namizədə səs verməsindən danışdıbackend

MSK sədri əsgərlərin hamısının eyni namizədə səs verməsindən danışdı

“Seçki Məcəllləsində seçici seçicidir. Biz deyə bilmərik ki, niyə əsgərlər hamısı eyni namizədə səs verib”.

KONKRET.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında sədr Məzahir Pənahov 29 saylı Səbail seçki dairəsindən qeydə alınmış namizədin hərbi hissələrlə bağlı müraciətinə cavab olaraq bildirib.

O qeyd edib ki, hərbi hissələr haqqında şikayətlərlə əlaqədar addım atılması mümkün deyil.

Qeyd edək ki, qeydə alınmış namizəd adıçəkilən seçki dairəsində yerləşən hərbi hissələrdəki əsgərlərin 97 faizinin eyni namizədə səs verməsindən narazılıq edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*