Palmalı Şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov FETÖ ilə bağlı araşdırmalar nəticəsində həbs edilib.
KONKRET.az-ın məlumatına görə, “Yeni Sabah” xəbər verir ki, Türkiyə mediasının yazdığına əsasən, M. Mənsimov haqqında Baş Prokurorluqda açılan FETÖ araşdırması çərçivəsində həbs qərarı verilib və o öz ofisində göz altına alınıb. O, həmçinin casusluqda ittiham edilir.
Hazırda ofisində yoxlama aparılır.
========================================================================================
Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun Türkiyədə saxlanılması xəbəri təsdiqlənib.
Bu barədə KONKRET.az-a M.Mənsimovun köməkçisi Fidan Quliyeva məlumat verib. O, bildirib ki, hazırda iş adamının İstanbuldakı ofisində polis axtarış aparır.
=======================================================================================
“Palmali Group” şirkətinin təsisçisi, əslən azərbaycanlı Mübariz Mənsimov Türkiyədə saxlanılıb.
KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, bu gün səhər İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində İstanbul Maliyyə Cinayətləri İdarəsi tərəfindən saxlanılıb.
Şübhəli şəxs kimi saxlanılan iş adamının evində axtarış aparılır.

Mübariz bəyə azadlıq.