Mübariz Qurbanlı: “”Əbu-Bəkr” məscidi açıla bilər”backend

Mübariz Qurbanlı: ""Əbu-Bəkr" məscidi açıla bilər"

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Əbu Bəkr” məscidinin açılması məsələsinə aydınlıq gətirib.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, Komitə sədrinin sözlərinə görə, “Əbu Bəkr” məscidində təmir işlərinə ehtiyac var:

“Orada minarənin uçma təhlükəsi ilə əlaqədar məscid indiki şəraitdə fəaliyyət göstərmir. Texniki xarakterli bərpa işləri ilə əlaqədar araşdırmalar gedir. Bunlar başa çatandan sonra Qafqaz Müsəlmanlar İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və müvafiq icra strukturu ilə birgə məsələ müzakirə olunaraq qərar qəbul ediləcək. Məscidin açılışı təmir işlərinin başa çatmasından asılıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*