Müdafiə Nazirliyi döyüşə getmək istəyən könüllülərin sayını AÇIQLADIbackend

Müdafiə Nazirliyi döyüşə getmək istəyən könüllülərin sayını AÇIQLADI

On minlərlə azərbaycanlı Müdafiə Nazirliyinə (MN) müraciət edərək, könüllü olaraq əsgərlərimizlə birlikdə döyüşə qatılmaq istədiklərini bildiriblər.

KONKRET.az verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Anar Eyvazov bu gün keçirilən brifinqdə məlumat verib.

O bildirib ki, işğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda Azərbaycan Ordusunun döyüşlərdə əldə etdiyi qələbələr xalqımızın döyüş ruhunun yüksəlməsinə səbəb olub.

“Müdafiə Nazirliyinin rəhbərliyi adından hər kəsə Azərbaycan əsgərinə mənəvi dəstək olduqlarına görə, təşəkkür edirik. Döyüşlərə qoşulmaq istəyən hər kəsə aidiyyəti üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmələrini tövsiyə edirik. Qələbə bizimlədir”.

  • Vusal
    Noyabr 6, 2020 - 13:03

    Salam men konulu olaraq muharibeye getmek isteyirem

  • Hüseynov Nurlan
    Aprel 11, 2023 - 20:27

    Salam. Men. Hüseynov Nurlan XTD esgeri. Olarag. Konulu getmeye. Haziram

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*