Müdafiə Nazirliyi narazı müharibə iştirakçılarına REAKSİYA VERDİbackend

Müdafiə Nazirliyi narazı müharibə iştirakçılarına REAKSİYA VERDİ

Vətən Müharibəsində iştirak edən bir qrup şəxs bu gün Müdafiə Nazirliyinin qarşısına toplaşaraq işğaldan azad edilən bir neçə rayonda döyüşdüklərini, lakin heç bir medalla təltif edilmədiklərini bildiriblər.

Müdafiə Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, müharibədə iştirak edib ancaq medalla təltif olunmadıqları iddiası ilə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi qarşısında toplaşan bir qrup vətəndaş nazirlikdə qəbul edilib.

Görüş zamanı bildirilib ki, hərbi qulluqçuların müvafiq medallarla təltif olunmaları onların keçdikləri döyüş yolu və müharibədə bilavasitə iştirakı amilinin araşdırılması yolu ilə həyata keçirilib. Görüşdə vətəndaşlar dinlənilib və müraciətləri ilə bağlı ərizələr alınaraq məsələnin araşdırılması məqsədilə hərbi hissələrə müvafiq tapşırıqlar verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*