“Müdafiə Nazirliyi qoşunlara Azərbaycanla bağlı tapşırıq verib” – PAŞİNYAN AÇIQLADIbackend

"Müdafiə Nazirliyi qoşunlara Azərbaycanla bağlı tapşırıq verib" - PAŞİNYAN AÇIQLADI

“Ermənistan Müdafiə Nazirliyi qoşunlara Azərbaycanla sərhəddə eskalasiyaya yol verməməyi əmr edib”.

KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O, həmçinin əlavə edib:

“Dünən axşam saatlarında Azərbaycan mətbuatı bu gün insident baş verən ərazidə erməni hərbçisinin Azərbaycan mövqeləri istiqamətində atəş açması ilə bağlı məlumat yayıb. Bundan dərhal sonra Ermənistan hərbi polisi bildirib ki, bu məlumat əsasında araşdırma başlayıb, çünki Ermənistan Müdafiə Nazirliyindən hər hansı eskalasiyaya yol verməmək, təxribatlara uymamaq barədə çox ciddi göstəriş var”, – Paşinyan bildirib.

Onun sözlərinə görə, əgər fakt sübuta yetirilərsə, bu, hüquqi nəticələrlə nizam-intizamın pozulması demək olacaq.

“Hadisə ilə bağlı qanun çərçivəsində tədbir görüləcək”, – deyə Paşinyan bildirib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*