Müdafiə Nazirliyi XƏBƏRDARLIQ yaydıbackend

Müdafiə Nazirliyi XƏBƏRDARLIQ yaydı

Pirəkəşkül və Ağdərədə 15-19 dekabr tarixlərində istismar müddəti başa çatmış, eləcə də istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv ediləcək.

KONKRET.az xəbər verir ki, Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinin yaydığı məlumata əsasən, məhvetmə prosesi Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində həyata keçiriləcək.

“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – məlumatda qeyd edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*