Müdafiə Nazirliyindən Kabildəki Azərbaycan sülhməramlıları ilə bağlı növbəti AÇIQLAMAbackend

Müdafiə Nazirliyindən Kabildəki Azərbaycan sülhməramlıları ilə bağlı növbəti AÇIQLAMA

Kabil beynəlxalq hava limanının Azərbaycan sülhməramlılarının mühafizə və müdafiə etdikləri sektorunda hazırda gərginlik mövcud deyil. Şəxsi heyətin həyatı üçün heç bir təhlükə yoxdur.

KONKRET.az xəbər verir ki, bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bölgədə mövcud gərgin vəziyyətdən asılı olmayaraq Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrinin icrasını davam etdirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*