Müəlliməsini döyən şagird məhkəmə qətnaməsini niyə icra etmir? – RƏSMİ AÇIQLAMAbackend

Müəlliməsini döyən şagird məhkəmə qətnaməsini niyə icra etmir? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda məhkəmə-hüquq sistemindəki çatışmazlıqlarla bağlı redaksiyamıza mütəmadi şəkildə şikayətlər daxil olur. Belə şikayətlərdən biri də Lənkəran şəhərində yaşayan və müəllimə işləyən Nuriyeva Röya Əlipaşa qızı tərəfindən göndərilib. Şikayətçinin iddiasına görə, Lənkəran rayonu Osaküçə kənd tam orta məktəbinin 11-ci sinif şagirdi Əliyeva Diana Zamin qızı tərəfindən döyülüb. Belə ki, tərəflər arasında yaranan mübahisə zamanı şagird öz müəlliməsinin boyun nahiyəsini əlləri ilə tutub sıxaraq ona xəsarət yetirib, daha sonra isə itələyərək yerə yıxıb. 

Röya Nuriyeva KONKRET.az-a müraciətində bildirib ki, bu hal illər öncə də təkrarlanıb və o zaman iş məhkəməyə qədər gedib çıxıb. Belə ki, həmin vaxt məhkəmə Əliyeva Diana Zamin qızı və onun anası Əliyeva Vüsalə Əzizağa qızı haqda qərar verib. Yəni Vüsalə Əliyeva inzibati qaydada 20 sutka həbs olunub. Şikayətçi ictimai vəzifə daşıdığını və pedaqoji fəaliyyətlə məşğul olduğunu əsas gətirərək döyülməsi barədə məhkəməyə təkrar müraciət ünvanlayıb və tələb irəli sürüb. Müraciətə baxıldıqdan sonra məhkəmə müəlliməni döyən valideyni 1500 manat məbləğində cərimələyib.

Röya Nuriyevanın sözlərinə görə, ötən ilin dekabr ayının 7-də şagirdi Əliyeva Diana onu yenidən döyüb: “Bu dəfə məni döyməyinə səbəb anasını məhkəməyə verməyim və 1500 manat kompensasiya tələb etməyim oldu. Məhkəmə mənim özümü müdafiə etməyimi də əsas gətirərək bizə qarşılıqlı döymə ittihamı irəli sürdü və hər ikimizi 300 manat məbləğində cərimələdi. Mən öz cəriməmi ödəsəm də, qarşı tərəf cəriməni verməkdən imtina edir. Məhkəmə icraçıları isə bu məsələni hələ də həll edə bilmir”.

Şikayətçinin iddiaları ilə bağlı saytımıza açıqlama verən Lənkəran rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Vüsal Qasımov məhkəmə qararının onlara yeni daxil olduğunu bildirib: “Əgər vətəndaş cəriməni ödəməsə, bununla bağlı tədbir görəcəyik. Hazırda onlara bir ay müddət vermişik. Əgər bu müddət ərzində cəriməni ödəməsə, yenidən məhkəməyə müraciət ünvanlayıb cəzanın digər cəza növü ilə əvəzlənməsinə çalışacağıq”.

İcra məmuru Diana Əliyevanın yeniyetmə olduğunu, məktəbdə təhsil aldığını və ona həbs düşmədiyini deyib: “Bəlkə də cəriməni ödəyəcəklər və heç bir problem olmayacaq. Amma ödəməkdən imtina etsə, məhkəmə hansı cəzanı layiq biləcəksə, o da icra olunacaq”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

   

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*