“Muğan Bank” Əhməd Vəliyevin övladlarının nəzarətinə keçdibackend

“Muğan Bank” Əhməd Vəliyevin övladlarının nəzarətinə keçdi

“Muğan Bank” ASC-yə 2 yeni səhmdar gəlib.

KONKRET.az Report-a istinadən xəbər verir ki, bunlar, keçmiş deputat, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin oğulları – Samir və Munir Vəliyevlərdir.

Onların hər biri Bankda 40 % pay əldə edib.

Əvəzində digər səhmdarların payı azalıb. Belə ki, “Muğan Bank”ın Müşahidə Şurasının üzvü Elmir Mehdiyevin payı 67,74 %-dən 0,78 %-ə, Fəridə Mehdiyevanın payı 21,61 %-dən 10,89 %-ə, Ə.Vəliyevin qızı Vəfa Vəliyevanın payı isə 10,65 %-dən 8,33 %-ə düşüb.

Beləliklə, Vəliyevlərin Bankdakı payı 10,65 %-dən 88,33 %-ə, Mehdiyevlərin payı isə 89,35 %-dən 11,67 %-ə dəyişib.

Xatırladaq ki, “Muğan Bank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 137,5 milyon manatdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*