Müğənni Nyuşa Rusiyadan getməsinin səbəbini açıqladıbackend

Müğənni Nyuşa Rusiyadan getməsinin səbəbini açıqladı

Nyuşa təxəllüsü ilə tanınan müğənni Anna Şuroçkina İsrailə köçməsini yeni peşə öyrənməklə izah edib.

KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı “Gazeta.ru” nəşri yayıb.

Məşhurun sözlərinə görə, o, aktrisalıq peşəsinə yiyələnmək üçün Tel-Əvivə mühacirət etmək qərarına gəlib.

“Bu dəfə bir aktyor müəllimi ilə görüşməyə gəldim” deyə o, qeyd edib.

Müəllim sənətçinin potensialı haqqında müsbət danışıb və beynəlxalq səviyyədə karyerasına kömək edəcəyinə söz verib.

Qeyd olunur ki, 2022-ci ilin fevral ayının əvvəlində müğənni ailəsi ilə birlikdə ərinin biznesinə görə Rusiyadan BƏƏ-yə gedib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*