İranın bölgədəki ABŞ hərbi hədəflərinə qarşı həyata keçirdiyi intensiv hücumlar Vaşinqtona milyardlarla dollar dəyərində ziyan vurub.
KONKRET.az xəbər verir ki, “The Wall Street Journal” (WSJ) nəşrinin yaydığı məlumata görə, İranın zərbələri nəticəsində ABŞ-nin məruz qaldığı ümumi zərər təxminən 13 milyard dollar təşkil edib.
Bildirilir ki, “Epik Qəzəb” (Operation Epic Fury) əməliyyatının başlanmasından bəri Amerikanın müxtəlif bazalarına ümumilikdə 2 mindən çox raket və PUA zərbəsi endirilib. Hücumlar nəticəsində səkkiz fərqli ölkədə yerləşən 20 hərbi obyekt ciddi şəkildə zədələnib. Eyni zamanda, 42 ədəd ABŞ hərbi uçuş aparatı yararsız hala düşüb və ya tamamilə məhv edilib.
Natiq Səlim,
KONKRET.az
