Müharibə “qapıdadır”: Bir trilyon iki yüz milyard dollarlıq hərbi büdcə kimləri hədələyir?backend

Müharibə “qapıdadır”: Bir trilyon iki yüz milyard dollarlıq hərbi büdcə kimləri hədələyir?

NATO Rusiya ilə müharibəyə hazırlaşır və bunu sübut edən 8 ciddi fakt mövcuddur.

KONKRET.az xəbər verir ki, bu iddia ilə politoloq Yordan Veliçkov Bolqarıstanın “Trud” qəzetinə açıqlamasında çıxış edib. Ekspertin sözlərinə görə, SSRİ-nin süqutundan sonra Varşava Paktının sıradan çıxmasına baxmayaraq, NATO-nun saxlanması, onun şərqə doğru genişləndirilməsi siyasətinin davam etdirilməsi ABŞ-ın Rusiya ilə “hesablaşmaq” istəyinin əsas göstəricisidir.

NATO-nun sürətlə yeni hərbi hissələr açdığına, Rusiyanı əhatəyə almağa çalışdığına diqqət çəkən ekspert, ABŞ-ın liderlik etdiyi hərbi ittifaqın hərbi büdcəsinin fantastik məbləğə çatdığını bildirib. Belə ki, NATO-ya üzv olan dövlətlərin hərbi büdcəsinin artaraq bir trilyon iki yüz milyard dollar məbləğində qərarlaşdığına diqqət çəkən Y.Veliçkov, bu nəhəng büdcənin Rusiya kimi güclü dövlət üçün belə qorxunc göstərici olduğunu söyləyib.

Ekspertin qənaətincə, yalnız Avropanın bu məsələdə həssas davranışı, duyarlı mövqeyi NATO-Rusiya qarşıdurmasının qarşısını ala bilər.

Məlumat üçün qeyd edək ki, son illər NATO-nun şərqə doğru genişlənməsi, xüsusilə də Şərqi Avropada raketdən müdafiə sistemləri yerləşdirməsi Rusiyanın ciddi narahatlığına səbəb olub. Kreml hesab edir ki, Şərqi Avropa dövlətlərində bu sistemlərinin yerləşdirilməsi müdafiə məqsədli deyil və Rusiyaya mümkün hücum planına hazırlıqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*