Müharibə qışa qədər davam edəcək: Ukrayna Baş Kəşfiyyat İdarəsi Putinin planlarını açıqladıbackend

Müharibə qışa qədər davam edəcək: Ukrayna Baş Kəşfiyyat İdarəsi Putinin planlarını açıqladı

Rusiya-Ukrayna müharibəsi uzun müddət davam edəcək, çünki Putin öz mövqeyindən geri çəkilmək və təcavüzkar niyyətlərindən əl çəkmək istəməyəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski “Krım.Reali”yə müsahibəsində danışıb.

Rusiya ordusunun indiki vəzifəsi şərqdə Ukrayna qüvvələrini mühasirəyə alaraq Luqansk və Donetsk vilayətlərinin inzibati sərhədlərinə çatmaqdır.

“O (Putin – red.) heç kimə inanmır, heç kimi eşitmir. Onun Rusiya imperiyasını bərpa etmək üçün öz planları var və ondan əl çəkmək fikrində deyil. Deməli, bu müharibə uzanacaq. Aktiv fazanın nə vaxta qədər uzanacağı bilinmir. Bu, sentyabr, oktyabr, ya da ilin sonu ola bilər. Çünki bizim müqavimətimizdən, müdafiə qüvvələrimizin vəziyyətindən və aldığımız yardımdan asılıdır”, – Skibitski deyib.

Baş Kəşfiyyat İdarəsi ehtimal edir ki, Rusiya sentyabrın 11-də işğal olunmuş ərazilərdə psevdoreferendumların və ya digər tədbirlərin keçirilməsini planlaşdırır.

Eyni zamanda, oktyabrın 7-də Putinin 70 yaşı tamam olur və yəqin ki, hərbçilər ona “hədiyyə” vermək istəyəcəklər.

“İlin sonunda qış soyuq olacaq və bu baxımdan onlar düşünürlər ki, Ukrayna danışıqlar prosesinə gedəcək”, – Skibitski vurğulayıb.

Putin ömrünün sonuna qədər Rusiyaya rəhbərlik etməyi planlaşdırır.

Kəşfiyyat məlumatlarına görə, Rusiya Federasiyasının prezidenti “varis” ssenarisindən çoxdan imtina edib.

KONKRET.az,

Roman Göytürk

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*