“Müharibədən sonra Ermənistan faciəvi vəziyyətdədir” – Paşinyan ETİRAF ETDİbackend

"Müharibədən sonra Ermənistan faciəvi vəziyyətdədir" - Paşinyan ETİRAF ETDİ

“44 günlük müharibə nəticəsində Ermənistan iqtisadiyyatı və sosial həyatında yaranan faciəli vəziyyət hələ aradan qalxmayıb”.

KONKRET.az “Aysor”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 30-da dövlət büdcəsinin müzakirəsi zamanı bildirib.

O, 2021-ci il iyunun 20-də keçirilən növbədənkənar parlament seçkiləri ilə daxili siyasi böhranın aradan qalxdığını söyləyib: “Təhlükəsizliyə böyük diqqət yetirəcəyik. Çünki onsuz uzunmüddətli inkişaf məqsədlərinə çatmaq mümkün deyil. Bu mənada təkcə ordunun, müdafiə qabiliyyətinin modernləşdirilməsi deyil, həm də Ermənistan ətrafında əlverişli xarici mühitin yaradılması, Ermənistan, Qarabağ və region üçün dinc inkişaf dövrünün açılması gündəminin ardıcıl şəkildə həyata keçirilməsi lazımdır”./report/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*