“Müharibəyə yox!” deyən Marina: “Təhlükəsizliyim üçün çox narahatam” + VİDEObackend

"Müharibəyə yox!" deyən Marina: “Təhlükəsizliyim üçün çox narahatam” + VİDEO

Rusiyanın “Birinci kanal”ında yayımlanan “Vremya” verilişinin canlı efiri zamanı kameralar qarşısında əlində “Müharibəyə yox” sözləri yazılmış plakat açan redaktor Marina Ovsyannikova BBC telekanalına müsahibə verib.

KONKRET.az xəbər verir ki, o özünü qəhrəman hesab etmədiyini deyib:

“Ümid edirəm, mənim qurban getməyim boş yerə deyildi və insanların gözləri açılacaq. Mən səhərdən axşamadək Solovyovu izləyən və bu dövlət təbliğatı ilə zombiləşdirilən anama baxıram. Mənim üçün həqiqət müharibəni dayandırmaqdan ibarətdir”.

M. Ovsyannikovanın sözlərinə görə, o öz aksiyası ilə iki məqsəd güdürdü – bütün dünyaya rusiyalıların müharibəyə qarşı olduğunu göstərmək, həmçinin rusiyalıları dövlət təbliğatına korkoranə inanmamağa çağırmaq.

“Belə zombiləşmiş olmayın, bu təbliğata qulaq asmayın. İnformasiyanı analiz etməyi və Rusiya dövlət televiziyasından başqa alternativ mənbələr tapmağı öyrənin”, – redaktor deyib.

“Çox qorxulu idi. Sonadək bunu edə biləcəyimə əmin deyildim”, – Marina BBC-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, o, qarşılaşmalı olacağı problemlərin miqyasını anlayır və təhlükəsizliyi üçün çox narahatdır. M. Ovsyannikovanın Rusiyanı tərk etmək planı yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*