“Qarabağ münaqişəsinin həllinin əsas prinsiplərinə dair sənədlərdə azərbaycanlıların Qarabağa qayıtması ilə bağlı bənd olmayıb”.
KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənistanın eks-prezidenti Serj Sarkisyan deyib. O, Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərinə dair sənədlərdə problemin yekun həllinə qədər azərbaycanlıların Qarabağ ərazisinə qayıtması ilə bağlı bənd olmadığını sərsəmləyib.
“Siz bu sənədlərdə, ən azı əsas prinsiplərə aid təkliflərdə, heç bir sənəddə, heç bir yerdə azərbaycanlıların Dağlıq Qarabağ ərazisinə qayıtmalı olmaları barədə qeyd belə görə bilməzsiniz. Yoxdur belə şey!”, – deyə Sarkisyan çərənləyib.
Onun sözlərinə görə, azərbaycanlıların Qarabağın statusu ilə bağlı referendumda iştirakı məsələsi böyük razılaşmanın problemi idi.
“Burada Ermənistan tərəfinin mövqeyi belə olacaqdı: “Azərbaycanlılar referendumda ermənilər Azərbaycanda keçirilən parlament seçkilərində iştirak etdikləri kimi iştirak edə bilərlər””, – deyə Sarkisyan bildirib.
“Biz həmişə demişik və bu heç bir halda bizim işimizə təsir etmir, bəli, müvəqqəti köçkünlərin daimi yaşayış yerlərinə qayıtmalı olduğunu qəbul edirik. Amma bu, o zaman baş verə bilər ki, həmin ərazidə hazırki hakimiyyət orqanlarının məsələsi həll olunsun”, – deyə keçmiş prezident axmaq bəyanatla çıxış edib.
Xuraman Etibarlı,
KONKRET.az
