Murat Boz anasına görə çox qorxdubackend

Murat Boz anasına görə çox qorxdu

Türkiyənin tanınmış müğənnisi Murat Boz keçən həftə konsert vermək üçün Amsterdama gedib. Onu anası Nedret Boz və qardaşı Əli Boz müşayiət edib. Geri dönəndə təyyarədə anası ürək spazmı keçirib və İstanbula enən kimi xüsusi bir xəstəxanaya aparılıb.

KONKRET.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, “Kanal D”də yayımlanan 2-ci səhifə verilişinə qoşulan Əli Boz canlı yayımda anasının səhhətindən danışıb:

“Təyyarədə olduğumuz üçün heç bir şey edə bilməzdik. Çox narahat idik. Birbaşa xəstəxanaya getdik. Müayinə etdilər, anamda qrip infeksiyası da tapıldı. 3.5 saatlıq yolun yorğunluğu bizə belə bir problem yaratdı. Xoşbəxtlikdən, indi hər şey yaxşıdır”.

KONKRET.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*