Murmanskdan olan yüzlərlə rus əsgəri Ukraynaya qayıtmaqdan İMTİNA ETDİbackend

Murmanskdan olan yüzlərlə rus əsgəri Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ

Murmanskdan olan yüzlərlə rus əsgəri Ukraynaya qayıtmaqdan imtina edib.

KONKRET.az xəbər verir ki, bu barədə rusiyalı jurnalist Roman Çimbalyuk öz sosial media hesabında yazıb.

“200-cü ayrı-ayrı motoatıcı briqadanın (08275 saylı hərbi hissə, Peçenqa) şəxsi heyəti Ukrayna ərazisində “xüsusi hərbi əməliyyat” zamanı döyüş tapşırıqlarını yerinə yetirdikdən sonra artıq döyüş əməliyyatlarında iştirak etmək istəmir. Briqadanın 100-dən çox hərbçisi Ukraynada döyüşməkdən imtina edib.

Jurnalistin sözlərinə görə, hərbçilər Belqorod vilayətindəki səhra düşərgəsindən Peçenqaya, yəni evlərinə göndərilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*