Müsabiqədə qalib olsa da, yüksək məbləğdə cərimələnib – YAXIN TARİXbackend

Müsabiqədə qalib olsa da, yüksək məbləğdə cərimələnib – YAXIN TARİX

23 il bundan əvvəl, 2001-ci ildə Çarlz İnqram Böyük Britaniyanın “Kim milyonçu olmaq istəyir?” şousunda qalib gələrək bir milyon funt sterlinq (1.300.000 dollar) qazanmışdı.

KONKRET.az xəbər verir ki, o, çəkilişdə iştirak edən həyat yoldaşı və şəriki Tecven Uittokun dələduzluqda şübhəli bilindiyi zaman ödəniş gecikdirilib.

Məlum olub ki, Uittok aparıcı hər dəfə cavabları sadalayanda, düzgün olanı deyəndə öskürüb. Hər üç şəxs bu ittihamı rədd etsə də, lakin məhkəmə tərəfindən təqsirli bilinib. Məhkəmənin hökmü ilə üç nəfər cərimələnib və onlar 12 aydan 18 aya qədər şərti cəza alıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*