Müsavat Partiyasından BƏYANATbackend

Müsavat Partiyasından BƏYANAT

Bu gün Ermənistan ərazisindən Azərbaycanın ikinci şəhəri olan Gəncə şəhərinə artileriya hücumu edilib, raket atəşi açılıb. Raket zərbəsi nəticəsində 1 mülki şəxs həlak olub, 4 nəfər yaralanıb, mülki obyektlərə ciddi ziyan dəyib. Ermənistan ərazisindən Azərbaycan yaşayış məntəqələrinin, o cümlədən Gəncə şəhərinin qadağan edilmiş kasetli bombalarla atəşə tutulması erməni tərəfin böyük təxribatı, Azərbaycanı adekvat cavablara təhrik etməklə Rusiyanı hərbi konfliktə cəlb etmək cəhdidir.

KONKRET.az-ın xəbərinə görə, bu barədə Müsavat Partiyası bəyanat yayıb.

Qeyd olunub ki, Müsavat Partiyası beynəlxalq birliyi, ilk növbədə Minsk qrupu həmsədr dövlətlərini Ermənistanın Azərbaycana qarşı hərbi cinayətlərinə son qoyulması üçün təsirli tədbirlər görməyə çağırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*