Müsavat təmsilçisi seçki məntəqəsində müşahidəçini boğdu – VİDEObackend

Müsavat təmsilçisi seçki məntəqəsində müşahidəçini boğdu - VİDEO

Növbədənkənar parlament seçkilərinin şəffaflığına kölgə salmaq cəhdləri təəssüf doğurur. Sosial şəbəkələrdə qərəzli və birtərəfli şəkildə, bəzən isə heç Azərbaycanda çəkilməmiş video və fotolar müzakirəyə çıxarılır, bununla da ölkədəki demokratik seçki mühitinə zərbə vurmağa çalışılır.

Bu işdə müxalifət təmsilçiləri, xüsusilə Müsavat Partiyasının funksionerləri və rəhbərliyində təmsil olunanlar daha çox canfəşanlıq göstərir. Maraqlı məqam isə odur ki, Müsavat partiyasını təmsil edənlər seçki məntəqələrində qanunsuzluq etməkdən, seçki prosesini pozmaqdan çəkinmirlər.

Fakt istəyənlər üçün aşağıda video yerləşdirəcəyik.

 

KONKRET.az xəbər verir ki, videogörüntü Bİnəqədi 8 saylı Dairə Seçki Komissiyasının 30 saylı seçki məntəqəqəsində çəkilib.

Kadrda müsavatçı müşahidəçi Eldar Tağıyevin bitərəf müşahidəçi Kamil Hüseynova fiziki zor tətbiq edərək onu boğması əks olunur.
Maraqlıdır, seçkilərə start veriləndən hansısa “pozuntu”larla bağlı dayanmadan açıqlamalar verən İsa Qəmbər, Arif Hacılı və Müsavatın digər təmsilçiləri bu görüntülərə nə deyəcəklər?

Natiq Səlim,
KONKRET.az

  • VÜQAR
    Sentyabr 2, 2024 - 08:26

    Bu seçkilərdədə həmişəki kimi saxtakarlıqların şahidi olduq.Karusel əməliyyatları,habelə topa şəkilində büllütenlərin yeşiklərə atılması,bir nəfərin bir neçə məntəqədən səs verməsi və sair yetərincə idi.Sabiq deputatların,nazirlərin saxta yollarla deputat kürsüsünə öz qızlarını,arvadlarını,oğullarını otuzdurmaları açıq aydın idi.Bu o deməkdir ki, Azərbaycan xalqıda növbəti 5 il ərzində saxta yollarla seçilmiş millət vəkillərindən heç bir ədalət,haqq səslərinin qaldırılması barədə gözləyə bilməyəcək.Yenədə sosial vəziyyətimiz pis,haqqlarımız tapdanılmış vəziyyətdə yaşayacayıq.İÖlkənin bütün sistemi saxtadır və korrupsiyaya bulaşıbdır,normal heçnə gözləməyə dəyməz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*