Mustafayev Qaluzinlə görüşdübackend

Mustafayev Qaluzinlə görüşdü

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüş keçirib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN yayıb.

Bildirilib ki, tərəflər iki ökə arasında gündəlikdə olan aktual məsələlər barədə fikir mübadiləsi aparıblar:

“Görüş zamanı gələcək ali səviyyəli təmaslarla bağlı mövqelər dəqiqləşdirilib. Bununla yanaşı, ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri, o cümlədən mədəni-humanitar əlaqələrin tam bərpasının vacibliyi ətraflı müzakirə olunub”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*