Moldova parlamenti müxalifətdən olan “Şor” partiyasının sədri İlan Şorun deputat mandatından məhrum edilməsini təsdiqləyib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Moldova Parlamentinin sədri İqor Qrosu bildirib.
Onun sözlərinə görə, qanunverici orqanın iclasında bu qərarı 56 deputat dəstəkləyib.
Qeyd edək ki, bu gün səhər İlan Şor öz teleqram kanalında parlamentin hüquq komissiyasının iclasının gündəliyini dərc edib.
O bildirib ki, parlament onun deputat mandatından məhrum edilməsi məsələsinə baxmaq niyyətindədir:
“Madam ki, mandat mənə xalq tərəfindən həvalə edilib, bu statusun ləğvinə yalnız xalq qərar verə bilər”.
Xatırladaq ki, aprelin 13-də Apellyasiya Palatasının hakimləri müxalif siyasətçini 15 il müddətinə azadlıqdan məhrum edib.
Siyasətçi bildirib ki, o, hakimlərin qərarına tabe olmaq fikrində deyil.
İclas parlamentin “Youtube” səhifəsində yayımlanıb.
İqbal Rzayev,
KONKRET.az
