backend

Muz TV-yə cərimə protokolu yazıldı

“MTV Azerbaijan” (Muz TV) MMC-yə cərimə protokolu yazılıb.

KONKRET.az Pravda.az-a istinadən xəbər verir ki, Mərkəz barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokollar tərtib edilib.

Daha sonra protokollar baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

İddia hakim Solmaz Mustafayevanın icraatına verilib.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*