Naməlum təyyarə “vaqnerçi”lərin yerləşdiyi Mərkəzi Afrikadakı bazaya bomba atıb.
KONKRET.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, noyabrın 27-dən 28-nə keçən gecə təyyarə Bossanqoa ərazisinə partlayıcı maddə atıb. Təyyarənin hansı ölkədən uçduğu açıqlanmır.
Priqojinin “vaqnerçi”ləri bir neçə ildir ki, buraya yerləşib və yerli silahlılara təlim keçir.
Xuraman Etibarlı,
KONKRET.az