Narazı Sovetski sakinlərinin problemi həll olundubackend

Narazı Sovetski sakinlərinin problemi həll olundu

Bakının Sovetski adlanan hissəsində köhnə və yararsız halda olan evlərin plana salınması, əhalinin köçürülməsi prosesi davam edir. Son günlər bir neçə sakin verilən kompensasiya ilə razılaşmayaraq köçürülməkdən imtina edirdilər. Artıq həmin şəxslərin əksəriyyəti ilə razılıq əldə olunub.

KONKRET.az-ın verdiyi xəbərə görə, bu gün bununla əlaqədar Yasamal Rayon İcra Hakimiyyətində görüş keçirilib. İcra Hakimiyyətinin və Maliyyə Nazirliyinin nümayəndələri artıq evlərinin alqı-satqı müqaviləsini imzalayan 10 sakini qəbul edib.

Görüşdə bildirilib ki, Təzəpir məscidinin ətrafında aparılan söküntü ilə bağlı hər bir sakin fərdi olaraq qəbul edilib və razılıq əldə edilib.

Görüşdə iştirak edən sakinlər – Şahin Babayev, Yaşar Həşimov, Vahid Məmmədov, Ağalar Quliyev və digərləri görülən işlərə və bu məsələnin həllinə görə Prezident İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban Əliyevaya minnətdar olduqlarını bildiriblər.

Sakinlər qeyd edib ki, onlara MİDA-nın inşa etdiyi binalardan tam təmirli, mətbəx mebeli ilə təchiz edilmiş sosial mənzillər verilib. Onlar bu mənzillərdən tam razı qaldıqlarını, artıq köçməyə başladıqlarını da bildiriblər.

Qafqazinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*