Narkotikin təsiri altında olan sürücü həbs olundu – FOTObackend

Narkotikin təsiri altında olan sürücü həbs olundu - FOTO

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı rayon sakini Səyyar Hüseynzadənin idarə etdiyi “VAZ-2106” markalı avtomobil nəzarət qaydalarına uyğun olaraq saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan KONKRET.az-a verilən məlumata görə, nəqliyyat vasitəsinin sürücüsünün hərəkətləri şübhə doğurduğundan RPŞ-yə gətirilib və tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən onun narkotik vasitələr olan metamfetamin və marixuana qəbul etdiyi məlum olub.

S.Hüseynzadə barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə o, 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Narkotikin təsiri altında olan sürücü həbs olundu -FOTO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*