Nasist musiqi şəbəkəsi ifşa olunur: Almaniyada və 4 ölkədə əməliyyatbackend

Nasist musiqi şəbəkəsi ifşa olunur: Almaniyada və 4 ölkədə əməliyyat

Almaniya polisi neonasist musiqinin yayılması ilə məşğul olan şəbəkənin fəaliyyətini araşdırır. Meklenburq-Ön Pomeraniya, Şlezviq-Holşteyn və Bavariya əyalətlərində 55, 52, 48 və 43 yaşlı dörd şübhəlinin əlaqəli olduğu obyektlərdə axtarışlar keçirilir. Onların sağ ekstremist cinayətkar qrupun üzvləri olduğu ehtimal edilir.

KONKRET.az xəbər verir ki, istintaqın məlumatına görə, şübhəlilər 2020-ci ildən etibarən nifrət və düşmənçilik məzmunlu musiqi materiallarının istehsalı və satışı yolu ilə nasional-sosialist, antisemit, irqçi və insanlara qarşı nifrət doğuran ideyaları yaymaqda şübhəli bilinirlər.

Məlumata görə, axtarışlar Baden-Vürtemberq, Brandenburq, Aşağı Saksoniya, Şimali Reyn-Vestfaliya, Saksoniya və Türingiya əyalətlərində də aparılır. Bu tədbirlər nifrət yaymaqla bağlı cinayətlərdə şübhəli bilinən daha səkkiz nəfərə qarşı yönəlib.

Bundan əlavə, şübhəlilərin çevrəsindən olan 10 nəfərlə bağlı da istintaq tədbirləri həyata keçirilir. Onların özləri araşdırmanın əsas fiqurantları hesab olunmurlar.

Axtarışlar Almaniyadan kənarda — Estoniya, İtaliya, Polşa və Çexiyada da keçirilir.

Hazırda saxlanılmalar nəzərdə tutulmur. Əməliyyatın əsas məqsədi istintaqın artıq mövcud olan şübhələri yoxlamaq və təsdiqləməkdir.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*