Natiq Cəfərlidən Pənah Hüseynin “iqtidarla saziş” təklifinə REAKSİYAbackend

Natiq Cəfərlidən Pənah Hüseynin “iqtidarla saziş” təklifinə REAKSİYA

Növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı xəbərlər fonunda siyasi aktivlik və bu yöndə müzakirələr də intensivləşib. istər iqtidar, istərsə də müxalifət düşərgəsinin təmsilçiləri gözlənilən seçkilərlə bağlı fikir və mülahizələrini, təkliflərini irəli sürürlər.

Azərbaycan Xalq Partiyasının sədri, keçmiş millət vəkili Pənah Hüseyn isə artıq müxalifət sözünün istifadə olunmasını da istəmir. O, son müsahibəsində “müxalifət” termini əvəzinə “qeyri-iqtidar qüvvələri” sözündən istifadə etməyi təklif edib. O qeyd edib ki, ölkə yeni Konstitusiya hazırlanması mərhələsinə daxil olur və digər vəzifələri ilə yanaşı parlamentin əsas funksiyası yeni Konstitusiyanın hazırlanması olacaq.

Pənah Hüseyn pensiya yaşına çatdı Yeni Sabah

Onun sözlərinə görə, Konstitusiya cəmiyyətdə ictimai konsensusu nəzərdə tutur. 44 günlük Vətən müharibəsində cəmiyyətin birliyi modelini xatırladan Pənah Hüseyn bildirib ki, növbəti parlament seçkilərində bu konsensusun bünövrəsini qoymaq olar. Partiya sədri hesab edir ki, seçkiqabağı dövrdə dialoq vasitəsilə iqtidarla qeyri-iqtidar qüvvələri arasında açıq və şəfaf şəkildə ictimai sazişin əldə olunması mümkündür, çünki bu, azad şəkildə rəqabətə gətirib çıxara bilər.

KONKRET.az “bu, sövdələşmə təklifi deyilmi?” sualı ilə “Respublikaçı Alternativ” (REAL) partiyasının icraçı katibi Natiq Cəfərliyə müraciət edib.

Natiq Cəfərli bildirib ki, ölkəmizdə ictimai müzakirələrin müxalifət-iqtidar diskursunun artıq parlament müstəvisinə transfer olunmasına ehtiyac var:

“Bunun üçün azad, demokratik və ədalətli seçkilərin olması vacib şərtdir. Bu, parlamentdə səs qazanan partiya nümayəndələri – iqtidar-müxalifət qüvvələri arasında mədəni və sivil dialoqun, diskussiyaların başlanmasına səbəb olar. İndiki zamanda ayrıca bir orqanın yaradılmasına ehtiyac yoxdur. Məhz parlament seçkiləri kontekstində və parlamentin çatısı altında iqtidar-müxalifət dialoqu və diskursu, müxtəlif məsələlərlə bağlı fikir mübadiləsinin aparılması daha doğru olardı”.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*