NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Azərbaycanın 8 hərbçini Ermənistana qaytarmasına münasibət bildirib.
KONKRET.az-ın xəbərinə görə, o, rəsmi Bakının bu addımını müsbət qiymətləndirib.
“Doğrudan da, yaxşı xəbərdir. NATO həm Ermənistan, həm də Azərbaycan ilə tərəfdaşlığımızı yüksək qiymətləndirir və onların münasibətlərinin normallaşmasına tərəfdardır ki, bu da regionda sabitliyin və rifahın artmasına töhfə verəcək”, – X.Kolomina tviter səhifəsində yazıb.
