NATO Baş katibi Rusiyanı müharibəni dayandırmağa çağırdıbackend

NATO Baş katibi Rusiyanı müharibəni dayandırmağa çağırdı

“90 il əvvəl Sovet İttifaqının siyasətinin nəticəsi olan dəhşətli Qolodomor milyonlarla ukraynalının ölümünə səbəb olub. Rusiya aclıqdan bu gün də Ukraynaya qarşı silah kimi istifadə edir”.

KONKRET.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

O bildirib ki, Rusiya, həmçinin dünyanın digər ölkələri arasına parçalanma yaratmağa çalışır.

NATO Baş katibi qeyd edib ki, Alyansın müttəfiqləri Ukraynanın suveren və müstəqil bir ölkə kimi varlığını qoruyub saxlaması üçün bu ölkəyə indiyə qədər görünməmiş maliyyə, humanitar və hərbi dəstək verir:

“Biz nə qədər vaxt lazımdırsa, Ukraynanın yanında olacağıq.

Biz Rusiyanı müharibəni dayandırmağa və qoşunlarını Ukraynadan çıxarmağa çağırırıq.

Bu, Ukraynada sülhə nail olmaq və dünyada ərzaq böhranına son qoymağın ən yaxşı yoludur”, – Stoltenberq deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*