NATO Hörmüz boğazında sərbəst naviqasiyanın təmin olunmasına dəstək verə bilər. Bu barədə Alyansın baş katibi Mark Rutte Vaşinqtonda Ronald Reyqan Fondu və İnstitutunda çıxışı zamanı bildirib.
Bəs NATO-nun Hörmüz boğazı məsələsində iştirak ehtimalı nə dərəcədə realdır? Mark Ruttenin bu açıqlaması Alyansın regionda daha aktiv rol almağa hazırlaşdığını göstərirmi? İran bu ehtimala necə reaksiya verə bilər?
KONRKET.az xəbər verir ki, politoloq Elman Vəliyev Sfera.az-a açıqlamasında bildirib ki, NATO-nun Hörmüz boğazı ilə bağlı mümkün iştirakı ilk növbədə qlobal enerji təhlükəsizliyi və dəniz ticarət yollarının qorunması kontekstində qiymətləndirilməlidir.
Onun sözlərinə görə, bu boğaz dünya neft daşımalarının mühüm hissəsinin keçdiyi strateji nöqtədir və burada sabitliyin pozulması beynəlxalq bazarlara birbaşa təsir göstərir:
