“NATO vədini unutdu, Avropa bu ümidləri dəfn etdi” – PUTİNbackend

"NATO vədini unutdu, Avropa bu ümidləri dəfn etdi" - PUTİN

“NATO-nun şərqə doğru hərəkəti Avropa ilə qarşılıqlı etibarsızlığın artmasının əsas səbəbidir”.

KONKRET.az xəbər verir ki, bu sözlər Rusiya Prezidenti Vladimir Putinin “Die Zeit” qəzetindəki məqaləsində yer alıb.

O, NATO-nun SSRİ-nin dağılmasından sonra şərqə genişlənməmək barədə verdiyi vədləri unutduğunu bildirib.

Putin 1999-cu ildən bu yana alyansın 5 genişlənmə dalğasının qeydə alındığını və onun tərkibinə 14 yeni ölkənin, o cümlədən keçmiş SSRİ respublikalarının daxil olduğunu söyləyib. Rusiya lideri bununla Avropanın ayırıcı xətlərsiz yaşamaq ümidini faktiki olaraq dəfn etdiyini qeyd edib./axar.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*