“Navalnı ölümü ərəfəsində dəyişdirilməli idi” – Alman mediasıbackend

"Navalnı ölümü ərəfəsində dəyişdirilməli idi" - Alman mediası

Aleksey Navalnının ölümündən bir müddət əvvəl dəyişdiriləcəyi ehtimalı var idi.

KONKRET.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.

Bildirilir ki, əslində bu barədə danışıqlar olub. Müzakirələrdə Moskva, Vaşinqton və Berlin iştirak edib.

Belə ki, Vladimir Putin Berlinin mərkəzindəki Tierqarten parkında keçmiş çeçen komandirini öldürən və Almaniyada həbsdə olan rus agenti Vadim Krasikovu almaq istəyib. Bunun müqabilində Vladimir Putinin Navalnını azad edəcəyi müzakirə olunub.

“Aleksey Navalnı azadlığa çıxmaq üzrə idi. Mümkün sövdələşmə barədə məlumatlar var: Rusiya Tiergarten qatilini qaytaracaq və bunun müqabilində amerikalı jurnalist Evan Gerşkoviç və Aleksey Navalnını azad edəcək”, – BILD-in köşə yazarı Filip Pyatov yazır.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*