“Navalnı Rusiyada ölən ilk Kreml tənqidçisi deyil. Bu dəfə Rusiya prezidenti Vladimir Putin cavab verməlidir”.
KONKRET.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın bəyanatında deyilir.
“Politkovskaya, Litvinenko, Magnitsky, Nemtsov, Navalny Putin tərəfindən öldürülən tənqidçilərin uzun siyahısındakı ən məşhur adlardan yalnız bir neçəsidir. Amma hər qətldən sonda Putin yaxa qurtardı və dünya liderləri yenidən onun əlini sıxdılar”, – Kuleba deyib.
Nazir vurğulayıb ki, beynəlxalq aləmin bu tendensiyadan xəbərsiz olması Putinin insanları öldürməyə davam etməsinə səbəb olub.
“Bu gün bəzi səslər bizi Putini eşitməyə və onunla razılığa gəlməyə çağırır. Moskva ilə hər hansı qarşılıqlı fəaliyyətə başlamazdan əvvəl Rusiya Ukraynada məğlub olmalı və Putin dərs almalıdır”, – XİN rəhbəri vurğulayıb.
Burhan,
KONKRET.az
