Rusiyanın Moskva, Sankt-Peterburq, Krasnodar, Tver, Taqanroq, Nijni Novqorod, Rostov və Murmansk şəhərlərində Aleksey Navalnının ölümü ilə bağlı keçirilən matəm tədbirlərində 100 nəfərdən çox adam saxlanılıb.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, saxlanılanların çoxu – 64 nəfər Sankt-Peterburqun payına düşüb.
Rusiyanın yerli dövlət orqanları kütləvi toplantıların yolverilməzliyi barədə əvvəlcədən xəbərdarlıq etsə də, xüsusilə Moskva və Sankt-Peterburqda insanlar sovet siyasi repressiya qurbanlarının xatirəsinə ucaldılmış abidələrin yanına toplaşıblar. Bundan başqa, ölkənin bir çox yerlərində Navalnının fotoşəkilləri önündə çiçəklər düzülüb və şamlar yandırılıb.
Xatirə SADİQ,
KONKRET.az
