Naxçıvanda 6 nəfər qızılcaya yoluxdubackend

Naxçıvanda 6 nəfər qızılcaya yoluxdu

Naxçıvan Muxtar Respublikasında noyabr ayında 6 nəfər qızılcaya yoluxub. 

Muxtar Respublikasının Səhiyyə Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, qızılcaya yoluxan 6 sakinin 4-u ambulator, 2-i isə stasionar müalicə olunub.

Bu xəstəliyə yoluxma halları isə Şahbuz (2 yoluxma), Babək (2 yoluxma), Şərur (1 yoluxma) və Kəngərli (1 yoluxma) rayonlarında qeydə alınıb. Yoluxan şəxslərin 3-ü qadın, 3-ü isə kişidir.

Bildirilib ki, qızılca xəstəliyi adətən stasionar müalicəyə ehtiyacı olmayan, ev şəraitində izolyasiya olunaraq müalicə edilən xəstəlikdir:

“Bu xəstələr həkimlər tərəfindən nəzarətə götürülür. Ağır xəstələr isə yoluxucu xəstəliklər şöbələrinə yatırılaraq müalicəyə cəlb olunurlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*