Naxçıvanda piyadanı avtomobil VURDUbackend

Naxçıvanda piyadanı avtomobil VURDU

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə dünən axşam saatlarında hava limanının ərazisində qeydə alınıb.

Belə ki, avtomobil 1991-ci il təvəllüdlü, hava limanının işçisi, Culfa rayon Bənəniyar kənd sakini Məmmədov Anar Müşfiq oğlunu vurub.

Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsini yerləşdirilən zərərçəkənin ayağına gips qoyulub, vəziyyəti sabitdir.

Faktla bağlı araşdırma aparılır.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*