Nazarbayev əməliyyatdan sonra xəstəxanadan BURAXILDIbackend

Nazarbayev əməliyyatdan sonra xəstəxanadan BURAXILDI

Həkimlər Qazaxıstanın birinci Prezidenti 82 yaşlı Nursultan Nazarbayevi Astanadakı Ürək Cərrahiyyə Mərkəzindən evə buraxıblar.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə tibb müəssisəsindən məlumat verilib.

Bildirilib ki, o, vəziyyətinin stabilləşməsi və yaxşılaşması ilə əlaqədar evə buraxılıb.

Qeyd edək ki, Nazarbayevin mətbuat katibi Aidos Ukibay yanvarın 20-də siyasətçinin ürəyindən əməliyyat olunduğunu açıqlayıb.

Xatırladaq ki, Nursultan Nazarbayev 1990-2019-cu illərdə Qazaxıstanın dövlət başçısı kimi fəaliyyət göstərib. O, eyni zamanda Qazaxıstan Təhlükəsizlik Şurasının sabiq rəhbəri və hakim Nur Otan partiyasının sabiq lideridir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*